İmişlidə minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb

“Opel” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb

İmişlidə baş verən qəzada 3 nəfər xəsarət alıb.

Hadisə İmişli rayonunun Sarxanlı kəndində qeydə alınıb.

"Opel" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Nəticədə avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31