Bakıda 50 yaşlı kişi itkin düşüb – FOTO
İyulun 12-dən 13-ə keçən gecə 1970-ci il təvəllüdlü Orxan Məmmədov Bakı Dövlət Universiteti yaxınlığındakı evdən çıxıb və geri qayıtmayıb
14 İyul 2021 20:16 Kriminalİyulun 12-dən 13-ə keçən gecə 1970-ci il təvəllüdlü Orxan Məmmədov Bakı Dövlət Universiteti yaxınlığındakı evdən çıxıb və geri qayıtmayıb.
Onun əynində sinəsində "V" hərfi olan köynək, tünd rəngli cins şalvar, ayağında isə makasin ayaqqabılar olub.
O.Məmmədovun boyu təqribən 172 sm-dir.
Onun barəsində məlumatı olan şəxslərin polisə və ya 050 210-95-63 (Pərviz) nömrəsinə zəng etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31