Bakıda sürücünün boğazını kəsdilər
17 Mart 2021 14:38 KriminalBakının Sabunçu rayonunda sərnişin sürücünü bıçaqlayıb.
Olaylar.az xəbər verir ki, hadisə Maştağa-Zabrat şosesində baş verib.
1989-cu il təvəllüdlü Abbasquliyev Abdulla Bayram oğlu idarə etdiyi "Mercedes" markalı kiçiktutumlu sərnişin avtobusu ilə hərəkətdə olan zaman onun boğaz və qarın nahiyəsinə naməlum şəxs bıçaq zərbələri vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır./Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31