Bıçaqla qadının evinin həyətinə girdi - BAKIDA QULDURLUQ

Bakıda quldurluq hadisəsi baş verib.

Olaylar.az xəbər verir ki, Suraxanı RPİ 30-cu Polis Şöbəsinə müraciət edən martın 15-də Hövsan qəsəbəsi Bağlar yaşayış sahəsində yaşayan G.Mirzəyeva evinin həyətinə girmiş bir nəfərin onu bıçaqla hədələyib 800 manat dəyərində mobil telefonunu aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Cəbrayılov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31