Qarabağ qazisi bıçaqlandı

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Olaylar.az-ın Report-a istinadən verdiyi xəbərə görə, Lənkəran şəhər sakini, Hənifə Abdullayev küçəsi ev 9, bina 12/64 saylı ünvanda yaşayan 1994-cü il təvəllüdlü Həsrət Lazım oğlu Əzimov bıçaqlanıb.

Yaralı yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin sol ön səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31