Bakıda doğum günü məclisindən çıxan həkimlər qəza törədib, ölən və yaralananlar var
12 Mart 2021 10:06 KriminalBaknın Binəqədi rayonunda ağır yol qəzası baş verib.
Hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Zaur Əlizadə idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olan zaman Bakı-Sumqayıt şossesində körpünün üzərindən avtomobili aşırıb.
Qəza nəticəsində sürücü Z.Əlizadə, sərnişin 26 yaşlı Emin Əliyev ağır xəsarət alıb. Digər sərnişin Şahin Məmmədov hadisə yerində ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31