DƏHŞƏTLİ HADİSƏ: arvadını döydüyü üçün 8 aylıq körpə öldü
9 Mart 2021 13:11 KriminalGürcüstanın Kaxeti bölgəsinin Qurcaani bələdiyyəsində 8 aylıq körpə ölüb.
Ötən gecə baş vermiş hadisəyə uşağın valideynləri arasındakı münaqişə səbəb olub.
Yayılan məlumatlara əsasən, kişi həyat yoldaşına fiziki təzyiq göstərib. Nəticədə ananın qucağında olan körpə asfiksiyadan dünyasını dəyişib.
Yerli sakinlər həmin ailədə münaqişələrin tez-tez baş verdiyini bildiriblər.
Faktla bağlı istintaq tədbirləri həyata keçirilir. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31