Sevil Atakişiyevanın intihar faktı ilə bağlı cinayət işi açıldı - RƏSMİ

Bu gün Bakı şəhəri Xətai rayon prokurorluğunda 2001-ci il təvəllüdlü Sevil Atakişiyevanın intihar faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan  125-ci maddəsi ilə cinayət işi açılıb. Bu barədə   Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 


"2001-ci il təvəllüdlü  Atakişiyeva Sevil Samir qızının  fevralın 21-də saat 20 radələrində  paytaxtın Xətai rayonu ərazisində yerləşən  yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai rayon  prokurorluğunda CM 125-ci maddəsi ilə cinayət işi açılıb", - deyə Baş prokurorluğun mətbuat xidmətindən bildirilib.   


Baş prokurorluğun mətbuat xidmətindən  həmçinin hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirlərinin həyata keçirildiyini vurğuladılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31