Ata qızını güllələyərək öldürəndən sonra... - Azərbaycanda DƏHŞƏT

Salyan rayonunda ata odlu silahla qızını qətlə yetirəndən sonra intihar edib.

Olaylar.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Babazənan yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, 1968-ci il təvəllüdlü Qurbanov Məzahim ailə-məişət zəmnində əvvəlcə qızı Rəvanə Qurbanovaya atəş açaraq qətlə yetirib. Sonra odlu silahla özünü öldürüb. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. /Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31