Ordubaddakı qəzada ata-oğul öldü

Ordubad rayonunun Düylün kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Olaylar.az xəbər verir ki, qəza dekabrın 18-də saat 17 radələrində qeydə alınıb. 

Üstüpü kənd sakini Xəlil Əliyevin idarə etdiyi "VAZ-2106" və Yuxarı Əndəmic kənd sakini Q.Rzayevin idarə etdiyi "Mercedes Vito" markalı avtomobillər toqquşub. Nəticədə X.Əliyev və sərnişini olan oğlu Elcan aldıqları xəsarətlərdən hadisə yerində ölüb, Q.Rzayevin sərnişini isə xəstəxanaya yerləşdirilib. 

Ordubad RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31