Bakıda dəhşətli yol qəzası - ÖLƏN VAR
16 Dekabr 2020 13:42 KriminalBakıda ağır yol qəzası baş verib.
Olaylar.az xəbər verir ki, dekabrın 15-i saat 11 radələrində paytaxtın Nəsimi rayonu ərazisində şəhər sakinləri Emil Həşimovun idarə etdiyi "Renault" və Z.Şərifovun idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşub. Nəticədə E.Həşimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31