28 yaşlı qadını Maşın vurub
12 Dekabr 2020 12:26 KriminalBakıda 28 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Olaylar" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində 1992-ci il təvəllüdlü Mustafayeva Solmaz Səhravi qızı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən avtomobil onu vurub. Yaralı xəstəxanaya çatdırılıb, ona qapalı kəllə-beyın travması, sağ bud sümüyünün sınığı və döş qəfəsinin əziyi diaqnozları qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31