Bakıda və Şamaxıda evlərdən Oğurluq edildi

Bakıda və Şamaxıda evlərdən oğurluq edən şəxs tutulub.

Olaylar.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1 500 manat pul oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini Ə.Şabanov saxlanılıb.

Bundan başqa, Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1 135 manat dəyərində məişət əşyaları və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Şəhriyar qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Quliyev saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31