Biləsuvarda avtomobil kanala düşüb-ölən və yaralanan var
30 Noyabr 2020 16:29 KriminalBiləsuvar rayonunun Çaylı kəndi ərazisində Cəlilabad rayon sakini İbrahim Qəfərzadə idarə etdiyi BMW markalı avtomobili kanala aşırıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31