Paytaxtda 17 yaşlı gənc qətlə yetirilib
27 Noyabr 2020 12:13 KriminalBakıda qətl hadisəsi törədilib. "Olaylar"ın məklumatına görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Belə ki, 2-ci Alatava qəsəbəsində 2003-cü il təvəllüdlü Əliyev Əli Cəlal oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31