Avtomobil vuran piyada hadisə yerində ölüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, noyabrın 15-də saat 20.00 radələrində Səbail rayonunun Salyan Yolu küçəsində Bakı şəhər sakini Z.Bəşirov idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub.

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, noyabrın 15-də saat 20.00 radələrində Səbail rayonunun Salyan Yolu küçəsində Bakı şəhər sakini Z.Bəşirov idarə etdiyi "Kia" markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Fasktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31