Beyləqanda avtomobil 4 piyadanı vurub, 3-ü ölüb
7 Noyabr 2020 13:59 KriminalBeyləqanda avtomobil 4 piyadanı vurub.
Olaylar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Noyabrın 6-da saat 19 radələrində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi ərazisində şəhər sakini X.Hüseynov idarə etdiyi "Renault" markalı avtomobillə yolun kənarında dayanmış Rasim Rufullayevi, C.Musayevi, Qismət Əliyevi və oğlu Hikməti vurub.
Nəticədə R.Rufullayev, Q.Əliyev və Hikmət aldığı xəsarətlərdən hadisə yerində ölüblər.
Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31