Qadın həkimə qarşı soyğunçuluq edən şəxs saxlanıb
4 Noyabr 2020 14:22 KriminalPaytaxtın Nəsimi rayonu ərazisində soyğunçuluqla məşğul olan şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 3-də Nəsimi rayonunun Cavadxan küçəsindəki Təcili Yardım Stansiyasında bir nəfərin həkim Q.Hüseynovanın pulqabısından 1010 manat pulu açıq talama yolu ilə aparması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş V.Əlizadə müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31