Evə daxil olan şəxs sakinlərdən birini bçıaqlayaraq aradan çıxıb

Paytaxt Bakının Ramana qəsəbəsində quldurluq hadisəsi baş verib.

Paytaxt Bakının Ramana qəsəbəsində quldurluq hadisəsi baş verib. "Olaylar"a daxil olan məlumata görə, qəsəbə ərazisindəki fərdi yaşayış evlərindən birinə daxil olan naməlum şəxs ev sakini, 2004-cü il təvəllüdlü Bayramov Valeh Əhməd oğlu ilə qarşılaşıb. Onlar əlbəyaxa dava ediblər. Dava zamanı V.Bayramov bıçaqlanıb. Səs-küyə V.Bayramovun valideynləri gəlib. Hadisəni törədən şəxs qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib. Sabunçu Rayon Polis İdarəsi tərəfindən hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31