Avtobus piyadanı vurub öldürdü
28 Oktyabr 2020 14:00 KriminalPaytaxtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Məmmədov idarə etdiyi "Daewoo" markalı avtobusla yolu keçən qəsəbə sakini Müşfiq Həsənalıyevi vurub. Ağır xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31