Bakıda gənci maşın vurdu: Sürücü hadisə yerindən qaçdı

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Olaylar.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində baş verib.

Bildirilib ki, 1992-ci il təvəllüdlü Babayev Kamil Dəyanət oğlu piyada keçidindən keçib. Bu zaman onu yüksək sürətlə hərəkətdə olan naməlum avtomobil vurub və sürücü hadisə yerindən uzaqlaşıb.

Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. Ona baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Hazırda hadisəni törədən sürücünün axtarışı aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31