Bakının mərkəzində ər və arvadına qarşı CİNAYƏT
Bakıda quldurluq hadisəsi baş verib.
13 Oktyabr 2020 16:02 KriminalBakıda quldurluq hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə oktyabrın 10-da saat 6 radələrində Z.Əhmədbəyov küçəsində bir nəfərin Bakı şəhər sakinləri N.Abdullayevin baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi, arvadına isə güc tətbiq edərək bıçaqla hədələyib 20 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olub.
N.Abdullayevə və arvadına xəstəxanada ilkin tibbi yardım göstərilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Abışov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31