Rusiyada avtobus dayanacağında insanları gülləbaran edən şəxs ölü tapıldı - VİDEO

Rusiyanın Nijeqorod vilayətinin Borsk rayonunda insanları gülləbaran edən gənc ölü tapılıb.

Rusiyanın Nijeqorod vilayətinin Borsk rayonunda insanları gülləbaran edən gənc ölü tapılıb.

Rg.ru-nun məlumatına görə, bu barədə RF İstintaq Komitəsinin Nijeqorod vilayəti üzrə İstintaq İdarəsindən bildirilib.

Ölümün səbəbi dəqiqləşdirilir.

Qeyd edək ki, dünən 18 yaşlı gənc ov tüfəngindən əvvəlcə evdə nənəsinə atəş açıb, sonra isə küçəyə çıxaraq, avtobus dayanacağında olanları güllələyib. Hadisə nəticəsində üç nəfər ölüb, daha üç nəfər isə xəstəxanaya yerləşdirilib.

Gənc cinayətdən sonra meşə massivində gizlənmişdi.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31