Biləsuvarda faciəvi hadisə - 11 yaşlı uşaq öldü
Oktyabrın 11-də saat 11 radələrində Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
12 Oktyabr 2020 14:28 KriminalOktyabrın 11-də saat 11 radələrində Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Olaylar.az xəbər verir ki, rayonun Ağalıkənd kəndi ərazisində Xırmandalı kənd sakini N.İmanov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən rayon sakini 11 yaşlı Sadiq Əsgərlini vurub və uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31