Marketdən çıxan şəxsin sinəsinə bıçaq zərbəsi vurdu

 Bakının Xətai rayonunda bıçaqlama hadisələri baş verib.

Bakının Xətai rayonunda bıçaqlama hadisələri baş verib. "Olaylar" xəbər verir ki, Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınmış hadisələrin birində 1983-cü il təvəllüdlü Məhərrəmov Zaur Mehman oğlu tanıdığı şəxsin hücumuna məruz qalıb. O, marketdən çıxan Zaur Məhərrəmovun sinəsinə bıçaq zərbəsi vurub. Yaralı döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31