Evə oğurluğa gəldilər, ər və arvadı Bıçaqladılar

Göygöl rayonunda evə girən oğru və ya oğrular qadın və kişini bıçaqlayıb. “Olaylar” xəbər verir ki, rayonun Qızılqaya qəsəbəsindəki fərdi evlərin birində yaşayan 1961-ci il təvəllüdlü Fikrət Əliyev və həyat yoldaşı bir neçə bıçaq xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Göygöl rayonunda evə girən oğru və ya oğrular qadın və kişini bıçaqlayıb. "Olaylar" xəbər verir ki, rayonun Qızılqaya qəsəbəsindəki fərdi evlərin birində yaşayan 1961-ci il təvəllüdlü Fikrət Əliyev və həyat yoldaşı bir neçə bıçaq xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Çoxsaylı bıçaq xəsarəti alan F.Əliyevin vəziyyətinin ağır olduğu bildirilir. Yaralıların sözlərinə görə, onların yaşadığı evə oğrular girib və həmin şəxslər tərəfindən bıçaqlanıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31