18 metrlik “BakuBus” avtobusu qəzaya uğradı — VİDEO

 

"BakuBus" avtobusu qəzaya uğrayıb. Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat verilib. Bildirilir ki, qəza Neftçilər prospekti, "Park bulvar"ın qarşısında baş verib. "BakuBus" şirkətinə məxsus 18 metrlik sərnişin avtobusu yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində xəsarət alanın olub-olmaması barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31