Pələng gəzintiyə çıxan uşağı parçaladı- DƏHŞƏT
Hindistanın Maharaştra ştatının Naqpur şəhəri yaxınlığındakı Kapsi kəndində pələng uşağı parçalayıb.
11 Sentyabr 2020 13:54 KriminalHindistanın Maharaştra ştatının Naqpur şəhəri yaxınlığındakı Kapsi kəndində pələng uşağı parçalayıb.
Olaylar.az-ın verdiyi xəbərə görə, bu barədə "Nagpur Today" yazır.
Hadisə sentyabrın 9-da, sübh saat 5 radələrində, 10 yaşlı Sanskar Satiş Burle gəzintiyə çıxarkən baş verib. Kolların arasından hücum çəkən pələng uşağı meşəyə sürüyərək parçalayıb.
Uşağın valideynləri digər kənd sakinləri ilə birlikdə uzun axtarışlardan sonra oğlanın parçalanmış meyitini meşədən tapıblar.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31