Ata türmədəki oğluna heroin ötürmək istədi

 Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb. Xidmətdən "Olaylar"a  verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə əsasən təqsirli bilinərək barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Abdullayev Ramil Çingiz oğluna atası Ağdaş şəhər sakini Abdullayev Çingiz Səlim oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan cins şalvara xüsusi üsulla hopdurulmuş ümumi çəkisi 0,128 qram  "heroin" aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31