Qonşusunu güllələyən şəxs Həbs Edilib

Bərdədə silahlı insident baş verib

Bərdədə silahlı insident baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, sentyabrın 6-da Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində kənd sakini Y.Kərimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu A.Əliyevə topuq nahiyəsinə xəsarət yetirməsi barədə RPŞ-yə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Kərimov polis əməkdaşları tərəfindən saxlanılmış, ondan lüləsi və qundağı kəsilmiş "İJ" markalı ov tüfəngi götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31