Prokurorluq Qurban Məmmədovla bağlı araşdırmaya başladı
7 Sentyabr 2020 14:51 KriminalBaş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədov barəsində araşdırmaya başlanılıb. İdarədə Q.Məmmədova aid olan torpaq sahələri, yaşayış evləri və mənzilləri hansı yolla əldə etdiyi araşdırılır. Qeyd edək ki, Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun diktəsiylə mənzillərin verildiyi iddia olunur. (unikal.org)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31