Bakıda qız məktəb binasından yıxılıb

Bakıda doqquzuncu sinifdə oxuyan qız üçüncü mərtəbədən yıxılıb.

Bakıda doqquzuncu sinifdə oxuyan qız üçüncü mərtəbədən yıxılıb. APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdə baş verib. Həmin məktəbdə IX sinifdə oxuyan qız üçüncü mərtəbədən yıxılaraq, ağır xəsarət alıb.

Məktəbli təcili xəstəxanaya aparılıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, Sulutəpə qəsəbəsində 313 nömrəli məktəbdə 15 yaşlı şagirdin hündürlükdən yıxılması barədə Təcili Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

Stansiyadan bildirilib ki, yaralı sol budun aşağı 1/3-nin açıq sınığı diaqnozu ilə Respublika Kliniki Xəstəxanasına aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31