Sumqayıt sakini nişanlısını Qətlə Yetirdi
Sumqayıtda qətl hadisəsi törədilib.
5 Sentyabr 2020 11:34 KriminalSumqayıtda qətl hadisəsi törədilib. "Olaylar" xəbər verir ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində mənzillərdən birində mübahisə qanla nəticələnib. Belə ki, şəhər sakini 2000-ci il təvəllüdlü Cabbarova Mehriban Aydın qızı və anası 1978-ci il təvəllüdlü Cabbarova Xatun Eybatulla qızı bıçaqlanıb. Məlumata görə, hadisəni 20 yaşlı qızın nişanlısı törədib. Yaralıların hər ikisini xəstəxanaya çatdırmaq mümkün olsa da, M.Cabbarovanın həyatını xilas etmək mümkün olmayıb. X.Cabbarova isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31