DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyini Ağdaşda 3 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb. DİN-dən verilən məlumata görə, avqustun 26-da saat 3 radələrində Ağdaş şəhəri ərazisində Kotanarx kənd sakini S.Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Daxili İşlər Nazirliyini Ağdaşda 3 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb. DİN-dən verilən məlumata görə, avqustun 26-da saat 3 radələrində Ağdaş şəhəri ərazisində Kotanarx kənd sakini S.Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sərnişinlərindən həmkəndliləri Nəsir Əliyarov hadisə yerində ölüb, özü və digər sərnişinləri Nəsib Əliyarov, Səlim İsmayılov və Şəmistan Qəribov xəstəxanaya yerləşdirilib. Ş.Qəribov və N.Əliyarov orada ölüb. Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31