Evi qarət edən şəxslər ələ keçiblər Ələ Keçiblər
Bakıda evdə oğurluq hadisəsi baş verib.
25 Avqust 2020 12:45 KriminalBakıda evdə oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Belə ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-dən 24-dək olan müddətdə Binə qəsəbəsindəki evlərin birindən 2 000 manat dəyərində televizor və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Ağayev və C.Kulukayev saxlanılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31