Tədris mərkəzini qarət edən şəxs SAXLANIB
Bakıda tədris mərkəzindən oğurluq edilib.
24 Avqust 2020 13:21 KriminalBakıda tədris mərkəzindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də rayon ərazisindəki tədris mərkəzlərinin birindən 1500 manat dəyərində 2 ədəd kompüter, 2 ədəd monitor, 2 ədəd görüntü kamerası oğurlamaqda və bir mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Əliyev saxlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31