Cari ilin altı ayında 292 intihar hadisəsi qeydə alınıb
Baş Prokurorluq 2019-2020-ci illər ərzində Azərbaycanda baş verən intihar hadisələrinin statistikasını açıqlayıb.
21 Avqust 2020 17:40 KriminalBaş Prokurorluq 2019-2020-ci illər ərzində Azərbaycanda baş verən intihar hadisələrinin statistikasını açıqlayıb. "Olaylar" xəbər verir ki, Baş Prokurorluğun "Instagram" səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, 2019-cu il ərzində respublika üzrə 585, 2020-ci ilin birinci yarım ili ərzində isə 292 intihar hadisəsi qeydə alınıb: "Respublika ərazisində baş verən özünüöldürmə hadisələri ümumiləşdirilərkən qeydə alınmış rəqəmlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılmış araşdırmalar nəticəsində əldə olunmuş statistik məlumatlarla müqayisəli təlil olunur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31