DİN məlumat yaydı-Abşeronda azyaşlı qardaşları maşın vurub Maşın Vurub

 Abşeron rayonunda avtomobil iki azyaşlını vurub

Abşeron rayonunda avtomobil iki azyaşlını vurub. DİN-dən "Olaylar"a verilən məlumata görə, avqustun 20-də, saat 13 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Abbasov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakinləri - doqquz yaşlı Rüstəm Həsənovu və yeddi yaşlı qardaşı Muradı vurub. Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilib, hadisə zamanı ağır xəsarət alan Rüstəm orada ölüb. Hazırda Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31