Bakıda narkotik becərən şəxs saxlanıb

Bakıda həyətində narkotik becərən şəxs yaxalanıb.

Bakıda həyətində narkotik becərən şəxs yaxalanıb. "Olaylar"ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Daxil olan məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşları daxil olan məlumat əsasında rayonun Maştağa qəsəbəsində əməliyyat keçirib. Əməliyyat zamanı qəsəbə sakini İmaməli Ağayevin həyətində çəkisi 92,30 qram olan çətənə kolu və 37,188 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31