Ata və iki oğlunu öldürdülər - DƏHŞƏT
Türkiyənin Ərzurum vilayətində bağdan meyvə yığmaq üstündə düşən dava bir ailənin üç üzvünün ölümü ilə nəticələnib
18 Avqust 2020 15:32 KriminalTürkiyənin Ərzurum vilayətində bağdan meyvə yığmaq üstündə düşən dava bir ailənin üç üzvünün ölümü ilə nəticələnib.
"HaberGlobal" məlumat verir ki, Karayazı rayonunda bağdan alça dərən Kaya və Özmen ailələrinin uşaqları arasında dava düşüb.
Ailələrin də münaqişəyə qarışmaları ölümə səbəb olub.
Belə ki, odlu silahdan istifadə olunan davada 51 yaşlı Reşit Kaya, oğulları - 22 yaşlı Sezgin Kaya və 16 yaşlı Salman Kaya həyatını itirib.
Ramazan Özmen adlı şəxs isə yaralanaraq xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı yeddi nəfər nəzarətə götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31