Dayısı və qardaşı tərəfindən zorlandı- Dəhşət
14 yaşlı A.B. dayısı və böyük qardaşının cinsi təcavüzünə məruz qalıb.
12 Avqust 2020 13:43 KriminalTürkiyənin Şanlıurfa vilayətində dəhşətli zorakılıq hadisəsi olub.
14 yaşlı A.B. dayısı və böyük qardaşının cinsi təcavüzünə məruz qalıb.
Qarın ağrısı ilə Siverek Dövlət Xəstəxanasına valideynləri tərəfindən aparılan A.B. orada hamilə olduğunu öyrənib. Polisə ifadəsində dayısı M.İ. və qardaşı M.B. tərəfindən dəfələrlə təcavüzə uğradığını söyləyib. Lakin DNT testində onların heç biri körpənin atası çıxmayıb.
İttiham olunanlar məhkəmədə təcavüz iddialarını qəbul edib. Dayı M.İ. bacısıqızını onunla birlikdə olmağa zorladığını deyib. M.B. də dayısına bənzər ifadə verib. Məhkəmə iclasında isə M.B. ifadəsini dəyişdirib və iddiaları təkzib edib.
A.B.-nin anası S.B. qardaşından şikayətçi olduğunu, oğlundan isə olmadığını bildirib.
Təcavüzə məruz qalan A.B. məhkəmə proseslərində dayısı və qardaşından şikayətçi olmadığını dilə gətirib: "Çünki onlar cəza alsalar, həbsxanadan çıxanda məni döyəcəklər. Mən ailəmə təslim edilmək istəyirəm".
Siverek 1-ci Ağır Cəza Məhkəməsi cinayətkarlara azyaşlının cinsi istismarı maddəsi ilə 24 il həbs cəzası verib.