73 bələdiyyə sədri barədə materiallar hüquq-mühafizə orqanlarına göndərilib
30 İyul 2020 13:46 KriminalƏdliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, səmərəli inzibati nəzarətin həyata keçirilməsi və metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb. Olaylar" xəbər verir ki, cari ilin altı ayı ərzində 41 minə yaxın bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb, 1.000-dən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 3.500 hektara yaxın torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən 53 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 20 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31