Kişi əmisioğlu ilə telefonda danışan hamilə sevgilisini öldürüb kanalizasiya quyusunda basdırdı — Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATI
22 İyun 2020 16:03 KriminalBakıda qeyri-rəsmi münasibətlə olduğu qadını qətlə yetirməkdə təqsirli bilinən Altay Həsənovun cinayət işi.
Cinayət hadisəsi Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. 37 yaşlı Altay Həsənov qeyri-rəsmi nikah münasibətində yaşadığı 34 yaşlı Yasəmən Novruzovanı mübahisə zəminində öldürüb.
Hadisədən iki gün sonra isə Altay Həsənov Xəzər rayon Polis İdarəsini 1-ci polis bölməsinə gələrək arvadının itkin düşdüyünü deyib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Altay Həsənovun Yasəmən Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.
Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb. Altay Həsənov isə saxlanılaraq istintaqa təhvil verilib.
Məlum olub ki, 37 yaşlı Altay Həsənov dəfələrlə məhkum olunub.
İlkin dindirmə zamanı Altay Həsənov Yasəməni əmisi oğlu ilə mobil telefonla danışdıqdan sonra döydüyünü deyib.
Mübahisə zamanı əvvəlcə qadına əli ilə bir neçə zərbə vurub sonra evin giriş qapısının yanından götürdüyü plastik boru ilə çoxsaylı xəsarətlər yetirib. Bununlada Altay Həsənov hamilə vəziyyətdə olan Yasəmən Novruzovanı xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib.
Daha sonra meyiti həyətdəki kanalizasiya quyusuna ataraq üstünə torpaq töküb.
olke.az