Bakıda şok olay: 15 yaşlı qıza təcavüz edildi
18 May 2020 19:16 KriminalBakıda on altı yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan Namik Ələkbərovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Tərlan Əkbərovun icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.
İttihama görə, Namik Ələkbərov rayon ərazisində 15 yaşlı qızla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Namik Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan olunub.
Demokrat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31