Qardaşı arvadını güllələdi

Kürdəmir rayonunda dəhşətli qətl hadisəsi qeydə alınıb. "Olaylar"ın məlumatına görə, hadisə rayonun Sığırlı kəndində baş verib. Belə ki, kənd sakini Ramo Mövlayev qısqanclıq zəminində qardaşının hamilə olan həyat yoldaşı Könül Mövlayeva ilə mübahisə edib. Mübahisə nəticəsində R.Mövlayev ov tüfəngi ilə atəş açaraq qadını güllələyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. R. Mövlayev polis tərəfindən saxlanılıb. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31