Tərtərdə qətl hadisəsi baş verib
9 May 2020 14:37 KriminalTərtər rayonunda qətl hadisəsi törədilib. "Olaylar"ın məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Həmin ərazidə yaşayan 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlunun meyiti küçədə tapılıb. Araşdırmalar zamanı X.Zeynalovun qonşusu Hümbətov Naib Nadir oğlu tərəfindən bıçaqlanaraq öldürülməsi müəyyən edilib. Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31