Kişini bıçaqlayan qadın saxlandı

Bakıda qadın kişini bıçaqlayıb. Mməlumata görə, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. Binə qəsəbə sakini, 1991-ci il təvəllüdlü X. İsmayılov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olub. Xəzər rayon Cinayət Axtarış Şöbəsinin və 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü İ. Mustafayeva saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31