Səhiyyə Nazirliyinin "əməkdaşı" həbs edildi - Foto

Paytaxtda özünü Səhiyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək dezinfeksiya işləri üçün insanlardan pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Nizami rayonunda ayrı-ayrı vətəndaşların evlərinə gedərək özünü guya Səhiyə Nazirliyinin əməkdaşı kimi təqdim etməklə həmin şəxslərin yaşadıqları ünvanda dezinfeksiya işləri aparılacağını və bu məqsədlə onlardan pul tələb edən şəxs saxlanılıb.

Rayon sakinlərindən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı bu yolla insanlardan pul toplayan Cəlilabad rayon sakini Vasif Urşanov tutulub. O ifadəsində qeyd edib ki, Nizami rayonunda təxminən 30-dan artıq mənzilə gedərək dezinfeksiya işləri adı altında sakinlərdən pul tələb edib. O, pul vermək istəməyən şəxslərə əks təqdirdə Səhiyyə Nazirliyi tərəfindən 28 manat cərimə olunacaqlarını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31