İcra başçısının müavini həbsdə qalası oldu

Ağstafa rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov barəsində olan məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb

Ağstafa rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov barəsində olan məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb. "Olaylar" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.  Qərara görə, Ramiz Tatarovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə verdiyi şikayət təmin olunmayıb.

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, birinci müavini Ramiz Tatarovun barəsində seçilmiş həbs-qətimkan tədbiri daha üç aya qədər artırılıb. Xatırladaq ki, ötən ilin dekabrında Nizaməddin Quliyev və Ramiz Tatarovun barəsində həbs qətimkan tədbiri seçilmişdi. Hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31