Masallıda GÜCLÜ PARTLAYIŞ: 3 nəfər dağıntılar altında qaldı

Masallı rayonunun Təzə Alvadı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən   verilən məlumata görə, yanğın hadisəsi olmayıb.

Partlayış zamanı evin konstruksiyaları dağılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri ikisi azyaşlı olmaqla 3 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31